2021-ci ildə yaradılan GSL Service MMC fəaliyyət müddəti ərzində ölkənin ən nüfuzlu şirkətlərindən biri halına gəlmiş və tullantıların daşınması və çeşidlənməsi sahəsində öncül rolunu qorumağı bacarmışdır.
Yeni planlarımız çərçivəsində, yandırma qurğusunun qurulması üçün hazırlıq işlərinə başlanmışdır. 2026-cı ildə isə daha böyük yandırma qurğusunun istifadəyə verilməsi üçün ətraflı hazırlıq işləri davam etdiriləcək. Bu layihə, zərərli tullantıların effektiv şəkildə idarə olunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır.